Azərbaycanla Avropa İttifaqı arasında “Cənub dəhlizi” layihəsinə dair birgə bəyannamə imzalanacaq

Azərbaycanla Avropa İttifaqı arasında “Cənub dəhlizi” layihəsinə dair birgə bəyannamə imzalanacaq

"Azərbaycan və Türkmənistan "Şərq tərəfdaşlığı" və Mərkəzi Asiya strategiyası çərçivəsində Avropa İttifaqı üçün əsas tərəfdaşlardır". Avropa Birliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Qurum hər iki ölkə ilə münasibətləri daha da dərinləşdirmək niyyətindədir".

 

O, qeyd edib ki, yanvarın 13-də Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə "Cənub dəhlizi" layihəsinə dair birgə bəyannamə imzalayacaq. Bundan əlavə, görüşdə tərəflər arasında siyasi və iqtisadi islahatları nəzərdə tutan Avropa Birliyi - Azərbaycan birgə əməkdaşlıq bəyannaməsi də imzalayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə