Azərbaycan və Kosovada haqqında həbs qərarının çıxarıldığı həkim Frnakişteyn həbs olunub
Türkiyədə hamı doktor Frankenşteyn kimi tanıdığı və Kosovada qanundankənar orqan transplantasiyası həyata keçirməkdə təqsirli bilinərək barəsində İnterpol tərəfindən axtarış elan edilən həkim Yusuf Erçin Sönməz İstanbulda həbs olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, polis tərəfindən həbs olunan Y.E.Sönməz İstanbul Polis İdarəsinə gətirilib.
O, insan orqanlarının alverinə görə Türkiyədə dəfələrlə həbs olunub, hər dəfə də sübutlar yetərli olmadığından onu həbs etmək mümkün olmayıb. Daha sonra Kosovoda iki şəxsin orqanlarını çıxararkən onu öz köməkçiləri ilə yaxalayıblar. Köməkçiləri məhkəmə qarşısına çıxarılıb məhkum olunsalar da, həkim Frankenşteyn yenə də həbs edilməyib. Lakin bu dəfə onun qaçmağa şansı olmayıb.
Belə ki, Kosovada aparılan araşdırma nəticəsində aralarında türk həkim Yusuf Erçin Sönməzin də olduğu 7 nəfər haqqında qanundankənar orqan transplantasiyası həyata keçirilməsi iddiası ilə ittihamnamə hazırlanıb. Sönməz haqqında Kosova və Azərbaycanda da həbs qərarının çıxarıldığı açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB