Erməni kilsəsində “inqilab” cəhdi baş tutmayıb

Erməni kilsəsində “inqilab” cəhdi baş tutmayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Kilikiyə katolikosu I Arama erməni kilsəsində “inqilab” etməyi təklif edib. Erməni KİV-ləri xəbər verir ki, din xadiminin bu təklifi qəbul etməməsi hökumət başçısının xoşuna gəlməyib.

Erməni mətbuatının yazdığına görə, bundan əvvəl Paşinyanın nümayəndələri – hazırda parlamentin vitse-spikeri olan Lena Nazaryan və digər deputatlar I Arama bütün ermənilərin katolikosu II Qareginin yerinə keçməyi təklif ediblər. Bu məqsədlə ötən ilin avqustunda Livana səfər edən deputatlar Kilikiyə katolikosuna erməni kilsəsində “inqilab” etməyin zəruriliyini anlatmağa çalışıblar. Jurnalistlər qeyd edirlər ki, bu yaxınlarda II Qareginə qarşı aqressiv hərəkətlər edən dəstəyə polisin müdaxilə etməməsi də hökumətin bu din xadiminə münasibətində irəli gəlir.

Bildirilir ki, I Aram nümayəndə heyətinin, həm də şəxsi görüş zamanı Paşinyanın təkliflərini rədd edib. Qəzetlər Livandakı erməni mənbələrin də bu məlumatı təsdiq etdiyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə