Partiya sədri: “Heç kim məsuliyyətdən yaxa qurtara bilməyəcək”
Ermənistan Qarabağ münaqişəsində daha ağır vəziyyətlə qarşı-qarşıya qala bilər. SİA xəbər verir ki, bunu news.am-a “Əriklər ölkəsi” müxalifət partiyasının sədri, keçmiş deputat Zarui Postancyan deyib.
Onun sözlərinə görə, Serj Sarkisyanın 2011-ci ildə və 2016-cı ildə torpaqların verilməsi ilə nəticələnmiş iki avantürist cəhdi nə ona, nə də mövcud hakimiyyətə bağışlanmayacaq. Postancyan qeyd edib ki, Nikol Paşinyanın ötən il növbədənkənar parlament seçkilərinin tələm-tələsik şəkildə keçirilməsi inadına məhz Qarabağ problemi kontekstində baxmaq lazımdır. “İctimaiyyət may ayında seçkilərə hazırlaşırdı ki, həmin seçkilər dekabrda keçirildi. Tələsik parlament seçkiləri onunla nəticələndi ki, formalaşdırılmış hakimiyyət qarşı tərəflə (Azərbaycanla – red.) anlaşılmaz danışıqlara gedir. Biz anlayırıq ki, danışıqlar gedir, lakin onun mahiyyətini və məcmusunu anlamırıq”, deyə qeyd edən “Əriklər ölkəsi” partiyasının sədri əlavə olaraq sual edib ki, Ermənistan bununla bağlı hər hansı sənəd, yaxud konsepsiya təqdim edibmi?
“İctimaiyyətə heç nə məlum deyil və bunun özü istər-istəməz narahatlıq doğurur”, Postancyan bildirib.
O, həmçinin qeyd edib ki, əgər regionda bir çox beynəlxalq oyunçuların maraqları toqquşur və bu baxımdan, Ermənistan təmkinli davranaraq, ən qorxulu ssenariyə - Azərbaycanın hücumuna hazır olmalıdır.
“Bizim sonrakı fəaliyyətimizi hansı istiqamətdə qurmağımız üçün konsepsiyamız olmalıdır. Biz qarşı tərəfə onsuz da çox şeyi uduzmuşuq. Novbəti məğlubiyyət bizə müstəqilliyimizin əldən verilməsi ilə nəticələnə bilər”, müxalifətçi partiya sədri deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB