“Paşinyanın Almaniyaya səfər öncəsi abstrakt açıqlamalarla çıxış etməsi əslində gözlənilən idi. Diqqət edin, adam güzəştdən danışır, amma iki tərəfli güzəştdən. Yəni, güzəşt sözü və adı ilə Avropanın, konkret olaraq yola düşəcəyi ölkənin yanında öncədən xoş görünməyi, blef eləməyi bacarır, amma əslində işğalçı olduqlarını, müzakirəsiz-filansız Dağlıq Qarabağı qaytarılmalı olduqlarını etiraf etməyi bacarmır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Deputatın sözlərinə görə, Paşinyanın bu danışığı o məqsədə yönəlib ki, kənardan sülh, güzəşt tərəfdarı kimi görünsün: “Elə isə, Avropa əgər ikili standartlarla işləməsə, bu ifadənin qarşılığında Paşinyana BMT-nin 4 qətnaməsini, bütün dünyanın məlumatlı olduğu Xocalı soyqırımını xatırlatmalıdır. Ardınca da deməlidir ki, Beynəlxalq hüquqa riayət edin, çıxın başqa bir dövlətin halal torpaqlarından, sonuclandırın bu qəsbkarlığı. Amma görünən budur ki, Avropanın başı hələ kiminsə danosları, saxta informasiyaları əsasında qətnamələr qəbul etməyə qarışıb.
Əlqərəz, mən Paşinyanın səmimiyyətinə qətiyyən inanmıram. Heç bir anlamda. Ələlxüsus da, əgər “erməni xalqı”- filan söhbəti ortaya atılıbsa, demək ki, fikirdə dəqiq məkr, imitasiya gedişləri var. Çünki eynən XİN nümayəndəsinin qeyd etdiyi kimi: bütün sənədlərdə söhbət xalq yox, erməni və azərbacan əsilli iki əhalidən gedir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB