"Çap mətbuatı ilə bağlı xoşagəlməyən fikirlərin səsləndirilməsi yersizdir” ÖZƏL-RƏY
“Ümumiyyətlə hesab edirəm ki, print-media ətrafında süni gərginlik yaratmaq cəhdi uğursuz seçimdir və yolverilməzdir. Düşünürəm ki, burada heç bir narahatçılığa da ehtiyac yoxdur”. Bunu SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktorun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının qaydalarda etdiyi dəyişikliklər çox vacib dəyişiklərdir: “Bu qərar həm çap mətbuatının inkişafında, həm də elektron medianın sürətli inkişafında önəm kəsb edir və mühüm dəyişikliklərdir. Qəbul edilən qərarlardan biri də budur ki, KİVDF tərəfindən maliyyə yardımı alan qəzetlərin tirajı minimum 5 min olmalıdır. Belə ki, əvvəl bu tələb 2500 idi. Eyni zamanda, qəzetlərin yayımının mindən (1000) iki minə (2000) çatdırılması barədə də qərar qəbul olunub. Bu baxımdan, hansı qəzetlər qoyulan bu tələblərə uyğun gələcəksə, onlara maliyyənin ayrılması davam etdiriləcək. Əgər qəzet 500 tirajla çıxırsa onlara maliyyə yardımının ayrılması nə dərəcədə düzgündür? Hesab edirəm ki, KİVDF-nin çap mətbuatına ayırdığı vəsait hesabına rəqabət də olmalıdır. Heç şübhəsiz ki, qəzetlərin daha yaxşı çıxması üçün burada bir rəqabət yaranacaq və bu da qəzetlərin inkişafına bir stimul olacaq. Rəqabətin olması bir növ qəzetin inkişafına öz töhfəsini verəcək. Hətta elə qəzet variantları var ki, onların elektron versiyası daha effektlidir. Burada sadəcə olaraq müasir dövrün tələblərinə uyğun bu işlərin qurulmasından söhbət gedir. 10 il ərzində eyni addımlar nə vaxta kimi olmalı idi. Təbii ki, dəyişikliklər də olmalı idi. Burada çap mətbuatı ilə bağlı hansısa xoşagəlməyən fikirlərin səsləndirilməsi yersizdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB