"İran nüvə təsislərini araşdırmaya açan nadir ölkələrdən biridir"
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst nüvə təsislərini araşdırmaya açan nadir ölkələrdən biri olduqlarını deyib. SİA-nın xəbərinə görə, sözçü bu məsələ ilə bağlı etdikləri dəvətlə İstanbuldakı müzakirələrin fərqli məsələlər olduğunu söyləyib.
Mehmanpərəst həftəlik ənənəvi mətbuat konfransında verdiyi açıqlamada 5+1 ölkələri ilə müzakirələrin yanvarın 21-22-də İstanbulda keçiriləcəyini bildirib.
XİN sözçüsü nüvə təsislərinin ziyarət edilməsi üçün bəzi ölkələrə dəvət göndərdiklərini xatırladıb. O, bəzi ölkələrin mənfi cavab verməsinin İstanbuldakı müzakirələrə təsir etməyəcəyini, bu məsələlərin bir-birindən ayrı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB