Gözlər təkcə qəlbin aynası deyil, həm də fiziki sağlamlığın göstəricisidir. SİA-nın xəbərinə görə, bu Şərqdə qədimdən bəllidir. Lakin müasir dövrdə də həkimlər bildirirlər ki, insanın gözlərinin vəziyyəti ilə xəstəlikləri aşkarlamaq mümkündür. Məsələn, gözün şişmiş üst qapaqları öd kisəsində daşların əmələ gəlməsini göstərir. Gözün altındakı kiçik tutqun ləkələr böyrəklərdə qumun və daşların əmələ gəlməsi əlamətidir. İtdirsəyinin çıxması isə qaraciyərin və öd kisəsinin fəaliyyətinin pozulduğunu bildirir.
Gözün tez-tez səyirməsi əsəb sisteminin və yaxud qaraciyərin fəaliyyətinin pozulduğunu göstərir. Göz qapaqlarının daxili hissəsində qırmızı rəng qan dövranının, mədə-bağırsaq və sidik-cinsiyyət sistemlərinin, ağ rəng isə hemoqlobinin pozulması deməkdir. Göz qapaqlarının içi qırmızı-sarı rəngə çalan adamlara isə böyrəklərin, dalağın, qaraciyərin, mədəaltı vəzin, ürəyin fəaliyyətini yoxlatdırmaq məsləhətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB