Bəhruz Quliyev: “Qərar müasir qəzetçilik modelinin daha da təkmilləşdirilməsinə xidmət edir” MÖVQE
"Dünyada inkişaf meyarları və tələbləri atdıqca, bu reallıq qlobal dəyişikliklərə də səbəb olur. Bu mənada, digər sahələri əhatə edən dəyişikliklər informasiya məkanına da müsbət mənada sirayət etməkdədir". Bu fikirləri SİA-ya açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclasında çap mediası ilə bağlı müəyyən qaydaların qəbul edilməsinə münasibətini açıqlayarkən deyib.
Baş redaktorun sözlərinə görə, xüsusilə, qəzetlərdə peşəkarlığın artırılması, daha münasib fəaliyyət istiqamətinin qurulması üçün Fond tərəfindən görülən tədbirlər çap medialarının bağlanması ilə əlaqələndirilməməlidir: "Azərbaycan dünyanın bir parçasıdır və dünyada baş verən proseslərdən kənarda qalması mümkün deyil, bu baxımdan print media və internet media arasında gedən rəqabət də bizdən yan keçmir. Eyni zamanda, qəzetlər də öz aralarında rəqabətdədirlər. Movcud vəziyyətdə Fond tərəfindən müsabiqədə yeni kriteriyaların müəyyənləşməsi isə özünü təsdiq edən qəzetlərin inkişafını daha çox maliyyə yardımı ilə stimulaşdıracaq".
Bəhruz Quliyev onu da vurğulayıb ki, əgər kimlərsə bu qərarı qeyri-ciddi məqsədləri üçün, yəni istədikləri şəkildə ictimai rəyə çatdırmağa çalışacaqlarsa, bu heç də doğru seçim deyil: "Bunu nə siyasiləşdirmək, nə də ajiotaj yaradaraq, media mənsubları arasında süni çaxnaşmalar yaratmağa da ehtiyac yoxdur. Qəbul edilən qərar müasir qəzetçilik modelinin daha da təkmilləşdirilməsinə xidmət edir".
Rövşən Rəsulov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB