Nəsimi rayonunda 2 Fevral Gənclər Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə 2 Fevral Gənclər Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib. Aksiya Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində təşkil olunub.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, tədbirin məqsədi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-gənclər siyasəti və Yeni Azərbaycan Partiyasının «700 min ağac əkək» kampaniyası çərçivəsində gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verməkdir: «Ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləmək əsas məsələlərdən biridir.»
Aksiya zamanı 200-dən çox yeni ağac əkilib, ərazidə olan Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət yüzdən çox bitkiyə qulluq göstərilib, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB