Musa Qasımlı: "Əgər münaqişəni sülh yolu ilə həll etmək istəyiriksə görüşlər və danışıqlar mütləq şəkildə davam etdirilməlidir" - MÜNASİBƏT

Musa Qasımlı: "Əgər münaqişəni sülh yolu ilə həll etmək istəyiriksə görüşlər və danışıqlar mütləq şəkildə davam etdirilməlidir" - MÜNASİBƏT
"Azərbaycan Ermənistan təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün edilən istənilən təşəbbüsə, ilk növbədə ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə diqqət yetirir. Bu istiqamətdə heç bir görüşdən imtina etmir". Bu sözləri millət vəkili, tarix elmləri doktoru Musa Qasımlı SİA-ya açıqlamasında deyib. Cari ilin yanvar ayında Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin yanvar ayında görüşünə də toxunan millət vəkili hesab edir ki, əgər münaqişəni sülh yolu ilə həll etmək istəyiriksə görüşlər və danışıqlar mütləq şəkildə davam etdirilməlidir.

Yaxın zamanda Ermənistanın təcavüzünə son qoyulacağına və münaqişənin həll olunacağına inan tarix elmləri doktoru söyləyib ki, görüş haqqında yalnız o baş tutduqdan sonra geniş mülahizə yürütmək olar. Bu görüşdən sonra dövlət başçılarının görüşünün mümkünlüyünə gəlincə isə M.Qasımlı: "Əgər xarici işlər nazirlərinin müəyyən fikir mübadiləsindən sonra onlar arasında hər hansı bir məsələ razılaşdırarlarsa ki, bu dövlət başçıları səviyyəsində müzakirə olunmalıdır o zaman dövlət başçılarının görüşü mümkün ola bilər",- deyə qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin yanvar ayında görüşü gözlənilir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunacaq.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sonuncu dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2010-cu il noyabrın 22-də Moskvada görüşüblər. Görüş Rusiyanın xarici işlər naziri S.Lavrovun təşəbbüsü ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə