Ermənistanda diktatorluq davam edir ZARUI POSTANCYAN

Ermənistanda diktatorluq davam edir ZARUI POSTANCYAN

Mger Yegizaryanın ölümündə əsas təqsirkar ədliyyə naziri Artak Zeynalyandır. SİA xəbər verir ki, bu fikirləri news.am saytına müxalifətçi partiya sədri Zarui Postancyan deyib.

Onun sözlərinə görə, ədliyyə nazirliyi özlərini siyasi məhbus hesab edən insanların siyahısını saxlamalı və bu məsələyə xüsusi yanaşma, davranışlarına xüsusi nəzarət etməlidir. “Ziddiyyətlər ondadır ki, Artak Zeynalyan öz növbəsində islah-əmək müəssisələrində siyasi məhbusların olmadığını, yalnız özlərini siyasi məhbus hesab edənlərin olduğunu bəyan etmişdi”, deyə xatırladan partiya sədri aclıq elan edən insanların diqqət mərkəzində saxlanılmalı olduqlarını da bildirib.

Postancyan vurğulayıb ki, bu hadisə, eləcə də Avropa məhkəməsi tərəfindən Samvel Mayrapetyannın hüquqlarının pozulması barədə qərarı Ermənistanda diktator hakimiyyətinin davam etdirildiyini göstərir.

Erməni müxalifətçi əlavə edib ki, rəhbərlik etdiyi siyasi partiyası ölkədəki diktatorluğu məhv etmək üzərində işləyir, lakin bunun üçün həm də şəbəkəli mübarizənin vacib olduğunu deyib. Zarui Postancyan Nikol Paşinyanın “Mənim addımım” blokunun siyasi xəttinin Ermənistanın Respublika partiyasının siyasətindən heç nə ilə fərqlənmədiyini bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə