“Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə birdəfəlik yardımların verilməsi ilə bağlı Fərmanı müxalifəti ciddi şəkildə narahat edib”. Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib. Onun sözlərinə görə, bu narahatçılıq, hər şeydən əvvəl, ilk növbədə ölkə Prezidentinin qətiyyətli tədbirləri ilə müxalifətin bəhanə edib, xalqı mitinqlərə cəlb etmələrinin əsasını demək olar ki, tam sarsıtması ilə bağlıdır: “Cənab Prezidentin əvvəlcə, Mehman Hüseynovu həbsdən azad etməsi, ardınca birdəfəlik yardım ala bilməyən və narazılıq edən şəhid ailələrini qəbul edib, onlara xüsusi qayğı göstərərək, birdəfəlik yardımın hər bir şəhid ailəsinə verilməsi barədə Fərman imzalaması müxalifəti çıxılmaz duruma salıb. Ona görə də müxalifət hay-küy qaldırıb, görülmüş işlərin əhəmiyyətini xalqın gözündən salmağa çalışır. Lakin ölkə əhalisi müxalifətin bu cür əsassız hərəkətlərinə əhəmiyyət vermədən, ölkə Prezidentinin atdığı bütün addımları dəstəkləyir və ölkəmizdə mövcud olan əmin-amanlığın qorunması və daha da möhkəmlənməsi üçün ona dəstək verirlər”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB