“Bu gün şəhid ailələri cəmiyyətin ən həssas və hörmətli təbəqəsidir”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, bu ailələr öz övladlarını Azərbaycanın ərazi bütövlüyü uğurunda qurban verən valideynlərdir, qardaşlardır, bacılardır: “Ona görə, bu ailələr çox həssasdır. Həm də, şəhid ailələri Azərbaycan xalqının qurur yeridir, fəxrdir. Zamanında Ulu Öndər Heydər Əliyev indi də Prezident İlham Əliyev şəhid ailələrinə diqqət və qayğı göstərir. Şəhid ailələri ilə bağlı Azərbaycan dövlətinin xüsusi siyasəti var. Hər zaman şəhid ailələri dövlətimizin, Prezidentimizin qayğısı ilə əhatə olunublar. Bu illər ərzində fikir versək görərik ki, nə qədər şəhid ailələrinə mənzillər verilib, şəhid ailələrinin problemlərinin, qayğılarının həll olunması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü də elə onu bir daha sübutudur. Prezidentimiz bir daha vurğuladı ki, biz şəhid ailələrinin problemlərini həll etmək üçün əlimizdən gələni edəcəyik. Cənab Prezident bu məsələ ilə hər zaman məşğul olub. Yəni şəhid ailələrinə verilən birdəfəlik vəsaitlər və şəhid ailələrinə mənzil tikintisi üçün ayrılan maliyyə vəsaitlər, bir daha ondan xəbər verir ki, bu siyasət uğurla davam etdirilir. Təbii ki, müxalifət problemlərin həllindən narahatdır. Dağıdıcı ünsürlər istəmirlər ki, Azərbaycanda bu problemlər həll olunsun. Onlar həssas insanların hissləri ilə oynamaqla məşğuldurlar. Müxalifət çalışır ki, insanlar hökumətdən narazı qalsın və hər hansı bir məsələnin ucundan tutub, hay-küy salmaqla məşğul olsunlar. Amma müxalifətin bu cür hay-küy salmaları əbəsdir. Çünki şəhid ailələri və hər kəs çox gözəl bilirlər ki, Prezident İlham Əliyev şəhid ailələri üçün hər şeyi edir və edəcəkdir. Sadəcə olaraq, müxaliflər gündəmdə qalmaq üçün bu məsələlərdən yapışırlar”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB