Dövlət Sərhəd Xidməti: "Dövlət sərhədini pozduğu üçün 15 halda 24 nəfər saxlanılıb"
Ötən ilin dekabr ayında Azərbaycanın dövlət sərhədini pozduğu üçün 15 halda 24 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, tutulan sərhəd pozucularının 8 nəfəri Gürcüstan, 5 nəfəri Azərbaycan, 4 nəfəri Rusiya, 4 nəfəri Pakistan, 3 nəfəri isə İran vətəndaşı olub. Bundan başqa, DSX əməkdaşları tərəfindən 2011-ci ilin dekabr ayında axtarışda olan 103 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 26 halda 12 kq 861,7 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində isə 109 halda ümumi dəyəri təqribən 338 734 manat olan qaçaqmal, o cümlədən 1 ədəd radiostansiya, 10 ədəd 16 mm çaplı patron, 950 qram barıt, 114 min metr tor, 800 ədəd qarmaq, 2 qayıq, 335 ədəd müxtəlif markalı mobil telefon, 12 min ədəd pirotexnik vasitə, çoxlu sayda mobil telefon aksesuarları, müxtəlif adda dərman preparatları, siqaretlər, digər sənaye və ərzaq malları aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB