Lənkəran şəhərindəki Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında "Cənub" televiziyasının (CTV) fəaliyyətə başlamasının 3-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək "Cənub" televiziyasının regionun həyatındakı müsbət fəaliyyətini qeyd edib, kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.
CTV-nin baş direktoru Rüstəm Əliyev, icraçı direktor Eltən Qədimbəyli çıxışlarında kollektivin yaranma tarixi və gələcək planları barədə geniş məlumat veriblər.
Bildirilib ki, 2007-ci il dekabrın 31-dən cənub bölgəsində yayımlanan televiziya üçün yeni bina inşa edilib. Televiziya rəqəmsal avadanlıqlarla təmin edilib. 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən televiziyanın yeni binasında əməkdaşların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradalıb. Cari ildən isə verilişlərin internet vasitəsi ilə yayımlanması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda CTV-nin verilişləri hər gün 18 saat ərzində ölkənin 22 rayonuna yayımlanır.
Mərasimdə, həmçinin ilin yekunlarına görə müxtəlif nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim edilib. Tədbir konsert proqramı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB