"Yaxın zamanda Davos forumunun uğurlu nəticələrini müşahidə edəcəyik" AÇIQLAMA-ÖZƏL

"Yaxın zamanda Davos forumunun uğurlu nəticələrini müşahidə edəcəyik" AÇIQLAMA-ÖZƏL

"Ümumiyyətlə, beynəlxalq platformalar ölkədə baş verən iqtisadi proseslərin təqdimat məkanıdır. Ölkənin inkişaf göstəricilərinin, qazanılmış uğurların nümayişi, təcrübə mübadiləsi, perspektiv layihələrin cəlb olunması, əməkdaşlığın qurulması baxımdan Davos İqtisadi Forumunun böyük əhəmiyyəti var”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Azərbaycanın forumda yüksək səviyyədə təmsil olunduğunu dilə gətirən deputat bildirib ki, Prezident İlham Əliyev forumda əsas diqqət mərkəzində olan insanlardan biri idi.

Azərbaycan Prezidentinin forumda, eləcə də platforma çərçivəsində həyata keçirdiyi görüşlər zamanı ölkəmizin mövqeyinin açıqlanması, uğurlarımızın göstərilməsi, həqiqətlərimizin çatdırılması nöqteyi-nəzərdən uğurlu danışıqlar apardığını xüsusi vurğulayan Ş.İsmayılov qeyd edib ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət beynəlxalq şirkətlər üçün olduqca cəlbedicidir.

Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən mühüm iqtisadi islahatlar, iqtisadi sahədə insan kapitalına önəm verilməsi, investorların fəalyyəti üçün yaradılan geniş şərait xarici biznesmenlərin böyük marağına səbəb olur: “Ölkə başçısının keçirdiyi görüşlərdə aparılan müzakirələrdə də qarşı tərəflər Azərbaycanla işləməyin onlar üçün olduqca maraqlı olduğunu açıqladılar. Təbii ki, burada cənab Prezidentin şəxsi nüfuzunu da xüsusi qeyd etmək lazımdır”.

Ş.İsmayılov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı yaxın zamanda Davos Forumunun uğurlu nəticələrini müşahidə edəcək: “Bu görüşlərin nəticəsi olaraq ölkədə yeni sahələr, yeni iş yerləri yaradılacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə