Sabah Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək
Cari ilin 12-13 yanvar tarixlərində Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın Azərbaycan Respublikasına rəsmi səfəri həyata keçiriləcək. Azərbaycan XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər proqramı çərçivəsində Sven Alkalayın Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
Səfərin əsas məqsədi ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB