“Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının Vətənimiz üçün, xalqımızın azadlığı, dövlət suverenliyi üçün canından keçmiş vətəndaşlarımıza yüksək sayğısını, şəhid ailələrinə diqqət və qayğısını dünən bir daha gördük”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

QHT rəsmisinin sözlərinə görə, cənab Prezidentin və Mehriban xanım Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşündə səslənən fikirlər, əzizləri şəhid olmuş vətəndaşlarımızın inam, məhəbbət dolu sözləri, İlham Əliyev cənablarının dərin məzmunlu nitqi, bütövlükdə dünənki görüş bir vətənpərvərlik dərsi idi. Bu dərsdən hamımız nəticə çıxarmalıyıq: “Əlbəttə, şəhid ailələri bizim baş tacımızdır. Əlbəttə, cənab Ali Baş Komandanın dünən şəhid ailələri ilə görüşdə sərgilədiyi yüksək nəzakət, canıyananlıq məmurlar üçün bir nümunə olmalı, hər kəs öz məsuliyyətini dərk edərək, məhz Ali Baş Komandanın davranışlarından, hərəkətindən özü üçün dərin nəticə çıxarmalıdır.
İctimai fikri qidalandıran ziyalılarımızın istər KİV-lərdə, istər sosial şəbəkələrdə Prezident Sarayındakı görüşlə bağlı səsləndirdiyi fikirlər, təsirli fotoların çoxsaylı paylaşımı bir daha dövlət-xalq birliyinin necə dərin köklərə, eləcə də, duyğulu məqamlara bağlı olduğunu göstərdi. Görüşdəki səmimi ortam, o əziz ailələrin Prezidentimizə, onun şəfqətli xanımına öz doğmaları kimi yanaşmaları, onlarla dərdləşmələri çox təsirli idi. Bir qələm adamı üçün də, bu görüş önəməxsus mövzular verir. Biz, bir daha əmin olduq ki, torpaqlarımızı yağı tapdağında qoymayacağıq. Biz bir daha əmin olduq ki, qələbə üçün hər kəs səfərbər olunacaq. Əmin olduq ki, şəhid ailələrinin üzvləri də, digər oğul-qızlarımız kimi yenə Vətən uğrunda əllərindən gələni edəcək, şəhidlərimizin idealları, uğrunda döyüşdükləri amallar üçün fədakarlıq göstərəcəklər. Bu isə sıradan hadisə sayıla bilməz və digər vətəndaşalrımızın mənəvi məsuliyyətini artıran bir hadisə kimi xarakterizə oluna bilər.
Gün olsun, cənab Prezident qalib əsəgər və zabitlərimizlə Şuşada görüş təşkil etsin! O günə bugündən salam olsun!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB