“Ermənistan üzərində yeni təhlükə yaranır. İnformasiya var ki, son zamanlar Azərbaycan şirkəti ilə Gürcüstanın ən nəhəng internet-provayderi olan “Caucasus Online” ilə uzunluğu 1200 kilometr olan fiber-optik kabelin alınması üzrə danışıqlar aparılır”. SİA xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşrinə görə, sözügedən tranzaksiya nəticəsində Ermənistanda trafikin minimal nəzarəti baş verəcək. “Azərbaycan internet vasitəsi ilə kəşfiyyat əməliyyatlarına başlayacaq və nəticədə Ermənistanı çox qısa müddət ərzində rabitəsiz qoyacaq”, deyə təlaş ifadə edən erməni nəşri əlavə edib ki, bəzi məlumatlara əsasən, hökumət bu məsələ ilə bağlı ciddi narahatlıq keçirmir və indiyə qədər preventiv ölçülər götürülməyib.
“Yeri gəlmişkən, mütəxəssislər etiraf edirlər ki, Ermənistan üçün alternativ internet-provayderi hazırkı zamanda praktiki olaraq yoxdur”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB