Aİ: “Mger Yegizaryanın ölümü ilə bağlı baş verən hadisənin kursundayıq” BƏYANAT

Aİ: “Mger Yegizaryanın ölümü ilə bağlı baş verən hadisənin kursundayıq” BƏYANAT

“Avropa İttifaqı Ermənistan hakimiyyətindən Mger Yegizaryanın ölümü ilə bağlı hərtərəfli və düzgün araşdırma gözləyir”. SİA xəbər verir ki, Avropa İttifaqının xarici siyasət xidmətinin mətbuat katibi Maya Kosyançiçin keçirdiyi mətbuat konfarnsındakı fikirlərini “es.europa.eu” dərc edib.

Onun sözlərinə görə, hər kəsə bəllidir ki, Aİ işgəncələrə, qəddar münasibətlərə qarşıdır və belə hallarla mübarizə aparır. “Bu kontekstdə biz Mger Yegizaryanın ölümü ilə bağlı hərtərəfli və düzgün araşdırmanın aparılması gözləntisindəyik. Biz, gözləyirik ki, Ermənistan hakimiyyəti fəaliyyətə keçəcək və biz bu hadisənin kursundayıq”, deyə Kosyançiç bildirib.

Xatırladaq ki, Mger Yegizaryan jurnalist olmaqla yanaşı, həm də siyasi partiya funkioneri olub. Həbs edildikdən sonra, o, siyasi məhbus elan edilib. Ötən ilin dekabr ayından başlatdığı aclıq aksiyası nəticəsində yanvar ayının 27-də Yerevanın “Nubaraşen” həbsxanasında ölüb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə