Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Qoruqlar və Milli Parklar Günü
- Tarixdə ilk lotereya İngiltərədə keçirilib (1569)
- Astronom Vilyam Herşel Uranın iki peykini kəşf edib (1787)
- Bolşevik Rusiyasında ərzaq sapalağı tətbiq edilib (1919)
- Azərbaycanın müstəqilliyi Versal Sülh Konfransının Ali Şurasında tanınıb (1920)
- Azərbaycanın müstəqilliyi Versal Sülh Konfransında de-fakto tanınıb (1920)
- İnsulin ilk dəfə insanlar üzərində sınaqdan keçirilib (1922)
- Keçmiş SSRİ-də 7 saatlıq iş vaxtına keçilib (1929)
- Albaniyada kral hakimiyyəti devrilib və respublika bərqərar olub (1946)
- Türk müğənnisi Mustafa Sandal anadan olub (1970)
- Habil Əliyev Azərbaycan xalq artisti fəxri adına layiq görülüb (1978)
- Azərbaycan Respublikası Latviya ilə diplomatik əlaqələr qurub (1994)
- Azərbaycan Respublikası Uruqvay ilə diplomatik əlaqələr qurub (1995)
- Azərbaycan hökuməti Hind okeanı hövzəsində baş vermiş dəhşətli sunamidən zərər çəkən ölkələrə 1 milyon dollar məbləğində yardım edib (2005)
- Milli Televiziya və Radio Şurası respublika ərazisində təsis edilən və fəaliyyət göstərən bütün teleradio yayımçılarının bəzi verilişləri istisna olmaqla proqramlarının Azərbaycan dilində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib (2008)

Bütün xəbərlər Facebook səhifəmizdə