Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 12-də Azərbaycan Respublikasının Tərtər rayonunda Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Praroy, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiç keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə