İspaniyanın şimalındakı Bask bölgəsinin müstəqilliyi uğrunda mübarizə aparan ETA təşkilatı qalıcı atəşkəs elan edib.
SİA-nın "TRT Haber " ə istinadən verdiyi məlumata görə, İspaniyanın "Gara" qəzetinin internet saytında yer alan xəbərdə bildirilir ki, keçən aylarda silahla vidalaşma qərarı qəbul edən ETA bu gündən etibarən daimi, ümumu və beynəlxalq nəzarətə açıq atəşkəs elan edib.
Tarixi qərar təşkilatın üç üzvü tərəfindən bir video mesajı ilə açıqlanıb. "Reuters"ə açıqlama verən İspaniya Daxili İşlər Nazirliyinin sözçüsü hökumətin gün içərisində bu məsələ ilə bağlı açıqlama verəcəyini bildirib.
Qeyd edək ki, ETA 4 il öncə də davamlı atəşkəs elan etmişdi. 2006-cı ildə iqtidara gələn sosialist Zapatero hökuməti kataloniyalıların azlıq statusundan çıxarılıb ayrı millət kimi qəbul etdikdək sonra ETA ilə də danışıqlara başlamaq istədiyini elan etmiş və bir şərt irəli sürmüşdü. ETA-nın kimsəni öldürməməyə təminat verməsindən sonra yenidən danışıqlar başlamışdı.
Zapatero parlamentdəki çıxışında ETA üçün sonun başlanğıcının çox yaxın olduğunu və bunun uzun və çətin proses olacağını söyləmişdi. Bu çıxışdan sonra ETA davamlı atəşkəs elan etmişdi. Lakin 2006-cı ilin sonunda ETA bir bombalı hücum təşkil edib və iki nəfər dünyasını dəyişib.
Zapatero bundan sonra danışıqlardan çəkildiyini açıqlayıb. ETA-nın siyasi qanadı "Batasuna" xaric, bütün partiyalar bu hadisəni qınayıb. Madriddə yüzminlərlə insanların iştirak etdiyi mitinqlər keçirilib. Zapatero ETA ilə bağlı nikbin olduğu üçün xalqdan üzr istəyib. 2003-cü ildə "Batasuna" bağlanıb. Onun uzantısı olan digər partiya isə 2008-ci ildə fəaliyyətini dayandırıb.
Fransa və İspaniyanın son bir neçə ildə həyata keçirdiyi əməliyyatlar ETA-ya və onun siyasi qanadına ağır zərbə vurub. Ən son olaraq fevral ayında ETA-nın hərbi qanadının lideri Fransada ələ keçirilib. Atılan demokratik addımlara və təmin olunan geniş muxtariyyətə baxmayaraq 2006-cı ildəki müzakirələr zamanı ETA-nın atəşkəsi pozması Basklılar da daxil olmaqla xalqda ciddi narahatlıq yaradıb. Son dövrlərdə təşkilata xalq dəstəyi ən aşağı səviyyəyə düşüb. Şimali İspaniya və cənub-qərbi Fransada müstəqil dövlət qurulması üçün 50 ilə yaxındır mübarizə aparan ETA 850-dən çox insanı öldürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB