Almaniyada onlarca yaşayış məntəqəsi daşqınlardan zərər çəkib

Almaniyada onlarca yaşayış məntəqəsi daşqınlardan zərər çəkib

Almaniyanın Koblents və Trir şəhərləri arasında Mozel çayı boyunca yerləşən 30-dan çox yaşayış məntəqəsi Mozel çayının daşması nəticəsində zərər çəkib.

Bir nəfər həlak olub. SİA-nın məlumatına görə, Almaniyanın Baden-Vürtemberq əyalətində də daşqının ilk qurbanları barədə xəbərlər yayılıb. Xilasetmə xidmətlərinin əməkdaşları 50 yaşlı bir kişinin meyitini sudan çıxarıblar. Onun baydarkadan suya düşməsi və axının güclü olduğuna görə yenidən qayığa minə bilməməsi qeyd edilir.

Rems və Vayblinqen şəhərlərində daha 3 nəfərin itkin düşməsi bildirilir. Lakin bu faciəli hadisələrin məhz nə zaman baş verməsi barədə xəbər yoxdur. Yaxın günlərdə Reyn çayı boyunca yerləşən Köln və Düsseldorf kimi iri şəhərlərdə suyun səviyyəsinin 9 metrə çatacağı gözlənilir. Bütün xüsusi xidmətlər hazırlıq vəziyyətinə gətirilib.

Mozel çayı boyunca yerləşən Koblents şəhəri də daşqına hazırlaşır. Yanvarın 9-da burada naviqasiya dayandırılıb. Bazar günü Koblentsdə suyun səviyyəsi 8,3 metrə çatıb. Həftənin birinci yarısında gözlənilən daşqına hazırlıq işləri görülür.

Reyn təkcə Almaniyada deyil, bütün Qərbi Avropada ən iri çaylardan biridir. Onun uzunluğu min kilometrdən çox, maksimum dərinliyi 25 metrə yaxındır. Mozel çayının uzunluğu təqribən 250 kilometrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə