Abovyan restoranında silahlı "razborka" 1 ÖLÜ, 8 YARALI

Abovyan restoranında silahlı "razborka" 1 ÖLÜ, 8 YARALI

Ermənistan parlamentinin sabiq deputatı Melikset Manukyana aid restoranda baş vermiş atışma nəticəsində bir nəfər ölüb, səkkizi isə yaralanıb. SİA xəbər verir ki, bu barədə “shamshyan.com” yazıb. Belə ki, yanvarın 29-na keçən gecə Kotaykın polis şöbəsinə məlumat daxil olub ki, Yerevan və Abovyan şəhər xəstəxanalarına yaralanmış şəxslər daxil olunub və onlardan biri ölüb.

Qeyd olunduğuna görə, polislər və istintaqçılar xəstəxanalara gedərək bəlli ediblər ki, zərərçəkmişlər “Partez” restoran kompleksindən xəstəxanalara aparılıblar. Belə ki, həmin restoran “Çiçəklənən Ermənistan” partiyasından olan keçmiş deputat, Şşi Melo ləqəbli Melikest Manukyana aiddir.

“Restoranda hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər, oranın ərazisi savaş meydanını xatırladır. Bir neçə silah növündən istifadə edilib, o cümlədən, “Makarov” və “TT” tapançalarından, çoxsaylı güllə gilizləri aşkar edilib”, deyə məlumatda bildirilir.

İlginc məqam isə, hadisə yerindən qana bulaşmış lomun da aşkar edilməsidir. Xəsarət alanların istirahət etdikləri kabinə-kupedə oyun kartları da tapılıb. “Onların şəxsiyyətlərinin müəyyənləşşdirilməsi ilə bağlı işlər aparılmaqdadır”, deyə erməni saytı qeyd edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə