Fransa polisindən “sarı jiletlilərə” qarşı daha bir qəddarlıq Göz çıxardılar-VİDEO+FOTOLAR
Fransada “sarı jiletlilərin” növbəti mərhələsinə adladıqları kütləvi etiraz aksiyaları zamanı polislə toqquşma yaşanıb. SİA xarici mediaya istinadən xəbər verir ki, güzyaşardıcı qaz, dəyənəklərlə yanaşı, polis rezin güllələrdən və plastik qumbaralardan da istifadə edib. Nəricədə “sarı jiletlilərin” aparıcı fiqurantlarından olan Jerom Rodriges gözünün birini itirərək, kor qalıb.
Maraqlıdır ki, polis onun gözünün bibər qazı nəticəsində zədələndiyini iddia etsə də, zədə yerindən axan qan bunun tam əksini göstərir. Qeyd olunur ki, polis hərəkat liderini məhz nişan alaraq vurub. Bu barədə onun vəkili Filipp də deyir. “Jerom artıq yarısağlam bir insandır, o, bundan sonrakı həyatına tək gözlə davam etməli olacaq. Bunun da əsas günahkarı mövcud rejimin siyasətidir”- deyə Filipp bildirib.
Zərərçəkmiş isə deyib: “Bazar gün “LCI” kanalının canlı yayına qatılan Rodriges “polis ayağımın altına gözyaşardıcı qaz atdı, gözümə isə plastik mərmi. Bu bilərək həyata keçirilmiş bir hadisədir, bu işdə əli olan hər kəsdən şikayətçi olacağam”.
Artıq bir çox fransızlar bu məsələnin çərçivədən çıxdığını və polisin qəddar davranışını pisləyən fikirlərlə çıxış etməyə başlayıblar. Maraqlıdır ki, bu hadisə ilə yanaşı, aksiyada həyatlarını itirmişlərlə bağlı, o cümlədən, minlərlə insanın həbsə atılmasına qarşı Avropanın müvafiq hüquq-müdafiə təşkilatları səssiz qalmaqdadırlar.
Baş vermiş hadisənin video-təfərrüatlarını aşağıdakı linkdə tıklayaraq izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=b0Xwz8dHG98
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB