Rusiya-Türkiyə-İran zirvə görüşü fevralda keçiriləcək

Rusiya-Türkiyə-İran zirvə görüşü fevralda keçiriləcək

Rusiya, Türkiyə və İranın Suriya bağlı növbəti zirvə görüşününü fevral ayında Astanada keçirilməsi planlaşdırılır. SİA-nın xəbərinə görə, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov açıqlayıb.

“Biz hazırda görüşlə bağlı texniki detalları razılaşdırırıq ”,- deyə Lavrov bildirib.

O deyib ki, fevralın ortasında Suriya ilə bağlı Astanada beynəlxalq görüş keçiriləcək.

Diplomatın sözlərinə görə, məsələ ilə bağlı razılığa gəlinib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu növbəti zirvə görüşünün yaxın həftələrdə baş tutacağını açıqlamışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə