“Mger Yegizaryanın ölüm faktı məruzələrimizdə mütləq öz əksini tapacaq” Larisa Alaverdyan

“Mger Yegizaryanın ölüm faktı məruzələrimizdə mütləq öz əksini tapacaq” Larisa Alaverdyan

“Haynews.am” saytının məsulu Mger Yegizaryanın ölüm faktı şəksiz ki, bir sıra hüquq-müdafiə təşkilatlarının məruzələrində əksini tapacaq və bu, Ermənistanın reytinqinə təsir edəcək”. SİA xəbər verir ki, bu barədə “Aysor.am” saytına erməni hüquq müdafiəçisi, “Hüquq ziddiyyətlərinə qarşı” İctimai Birliyinin sədri Larisa Alaverdyan sözügddən məsələ ilə bağlı “The Washington Post” qəzetində gedən yazıya münasibətini açıqlayarkən deyib.

“Qəzetin dərc etdiyi məqalə təəssüf yaradır, belə ki, bu ilk reaksiyadır”, deyə qeyd edən erməni hüquq müdafiəçisi əlavə edib ki, Mger Yegizaryanın ölüm faktı insan hüquqları və ifadə azadlığı ilə bağlı bu ilin məruzələrində öz əksini mütləq tapacaq.

Alaverdyan bildirib ki, minimum 3-4 məruzədə sözügedən insident xatırlanacaq.
“Mger Yegizaryanın ölümü ölkəmizi kölgə altına qoyur”, deyən Alaverdyan hüquq-mühafizə orqanlarına və ədliyyə sisteminə işarə edərək deyib ki, ki, hər hansısa bir işi görməmişdən öncə, onun nəticəsini də düşünmək lazımdır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə