Daşkəsəndə qış turizminin inkişafı üçün yeni layihə hazırlanır- FOTOSLAYD
Daşkəsən rayonunda qış turizminin inkişafı istiqamətində yeni layihə hazırlanır. Bu barədə SİA-nın bölgə müxbirinə Daşkəsən rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Elçin Quliyev məlumat verib.
Onun sözlərinə görə, bu istiqamətdə hazırlanan layihə Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Üstəlik bir sıra beynəlxalq turizm təşkilatları da bölgəyə tanışlıq üçün cəlb olunub.
"Rayon dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə, Murovdağın ətəyində yerləşir. Qış fəsli rayonda şaxtalı keçir. Burada qış turizmi üçün istənilən şəraiti yaratmaq mümkündür. Bundan başqa yeni turizm imkanlarının genişləndirilməsindən sonra bölgəyə maraq da artacaq", E.Quliyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB