BAXCP-dən Əli Kərimliyə sərt xatırlatma! SÜBUT!

BAXCP-dən Əli Kərimliyə sərt xatırlatma! SÜBUT!

Elçin Mirzəbəyli: “Səni hərəkata dürtənlər xəbərdarlıq edərək “qaç" deyiblər”

BAXCP sədrinin müavini, tanınmış jurnalist-politoloq Elçin Mirzəbəyli son günlər AXCP sədri Əli Kərimlinin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa doğru yönəlmiş fəaliyyətinə, eləcə də, hakimiyyətə qarşı irəli sürdüyü ittihamlarına, guya onun keçirdiyi aksiyalarına görə “iqtidarın ondan qorxması” iddialarına qarşı sərt və arqumentli xatırlatmalar edib. Facebook sosial şəbəkəsi vasitəsi ilə satqınçılıq üzərindı “siyasi karyera” quran Ə.Kərimlinin xəyanətkar keçmişini və bütövlükdə Azərbaycan xalqına qarşı törətdiyi xainlik əməllərini xatırladan E.Mirzəbəyi yazısında qeyd edib ki, artıq AXCP sədrinin sərsəmləmələrinə dözmək fikrində deyil. “Bir neçə gündür səbrimə sığınıb dünyanın ən rəzil, ən miskin, ən qorxaq adamının başından böyük iddialarının, ənənəvi emosional boşboğazlığının, söz yığınından ibarət, faktsız, arqumentsiz sərsəmləmələrinin sona varacağını gözləyirəm, amma olmur ki, olmur”, yazan BAXCP təmsilçisi qeyd edib: “Adam köhnə qrammafon valı kimi orta dairədə, yaxud dairənin ortasında, lap elə dairəsiz-filansız… ortasında ilişib qalıb.

“Hakimiyyət qorxurmuş… Həm də kimdən? Fit çalınanda dabanına tüpürüb qaçan Əli Kərimlidən”

İstəyirsən dişinin dibindən çıxanı deyəsən bu ayağı dəyən yerdə ot bitməyən siyasi kosaya, amma yenə də “lənət sənə kor şeytan” deyib keçirsən. İndi bu taxtabaş hikkəli-hikkəli hakimiyyətin ondan qorxduğunu deyir. Hakimiyyət qorxurmuş… Həm də kimdən? Fit çalınanda dabanına tüpürüb qaçan Əli Kərimlidən. Bədbəxt…”.

“Hakimiyyət səndən niyə qorxsun ki?”, sualını verən jurnalist-politoloq əlavə edib ki, dünənin, bu günün, keçdiyin yolun hər qarışı dərin boşluqlarla doludur və hər biri ağız suyunu maqnit kimi özünə çəkir. O, Ə.Kərimlinin hələ ali təshil müəssisəsində törətdiyi xainlikləri bütün çılpaqlığı ilə ictimai rəyin diqqətinə çatdırıb: “Ay filan-filan şudə, Bakı Dövlət Universitetində Qarabağla bağlı keçirilməsi nəzərdə tutulan mitinqə qarşı etiraz etdiyin günləri xatırla… Xatırladın, Mirabbasın tapşırıqlarını icra etdiyin vaxtları deyirəm. Milli Azadlıq Hərəkatının fəal iştirakçıları çox yaxşı bilir ki, sən heç vaxt qaynar nöqtələrdə, ön sıralarda olmamısan. Həmişə gizlənmisən, qaçmısan… Ya da gizlədiblər, səni hərəkata dürtənlər xəbərdarlıq edərək “qaç" deyiblər. 1989-cu ilin dekabrında, sovet əsgərləri ilk dəfə insanlara divan tutanda harada idin? Bəs dekabrın 5-də həbs olunan tələbə yoldaşlarının azadlığa çıxması üçün mübarizə aparan insanlara niyə qoşulmadın? Tülkü kimi kola çəkildin. Təhlükə sovuşandan sonra yenidən çıxdın, yaxud çıxarıldın ortalığa”.

“Komitəsinin üzvü olduğun barədə vəsiqən “qırmızı ordunun” “Krasnaya Zvezda” qəzetində dərc olundu…”

Hər il, yanvarın 20-də Azərbaycan xalqının müstəqillik tarixində əsas rol oynamış 20 Yanvar hadisələri zamanında hazırkı AXCP sədrinin satqınçılıq əməlləri, eləcə də onun SSRİ-i DTK-na agentliyik etməsi dəlillərini də ortaya çıxaran BAXCP sədrinin müavini əlavə edib ki, Müdafiə Komitəsinin üzvləri əllərindəki sənədləri məhv edərkən, Ə.Kərimli həmin sənədi məhv etməyib və həmin sənəd “Krasnaya Zvezda” qəzetində dərc olunub: “Yanvarın 19-da axşam saatlarında, təxminən saat 19:00-da dabanına tüpürüb qaçdığını necə, unutmamısan? Sonra Müdafiə Komitəsinin üzvü olduğun barədə vəsiqən “qırmızı ordunun” “Krasnaya Zvezda” qəzetində dərc olundu… Biz bir qrup tələbə bu hadisədən xeyli öncə Müdafiə Komitəsində olan bütün sənədləri məhv etmişdik ki, ələ keçməsin. Amma nədənsə yalnız sənin vəsiqən ələ keçdi…”.

“Sənin ömrün boyu bacardığın bir neçə iş olub: Qaçmaq, gizlənmək, dostlarına xəyanət etmək, başqalarının haqqına sahiblənmək, yalan danışmaq, böhtan atmaq… Yazmaqla bitməz…”

Beləliklə, bütün həyatı boyu – istər Azərbaycan xalqının Milli Azadlıq Hərəkatı dövründə, istərsə də sonrakı dövrlərdə fəaliyyətini xainlik, satqınçılıq üzərində quran AXCP sədri Ə.Kərimlinin bu gün “liderim” dediyi mərhum eks-prezident Əbülfəz Elçibəyə qarşı törətdiyi çirkin əməllərini də xatırladıb və eyni zamanda, hazırda Nardaran hadisələrinə görə həbsdə olan müavini, “matros” ləqəbli Fuad Qəhrəmanlının ona bu məsələdə necə dəstək göstərdiyini müfəssəlliklə sübuta yetirib: “1993-cü ildə sonradan xəyanət etdiyin insanların arxasında gizlənib Naxçıvana qaçdığını və xeyli müddət orada gizləndiyini necə, xatırlamağa cəsarətin çatır? Sənin ömrün boyu bacardığın bir neçə iş olub: Qaçmaq, gizlənmək, dostlarına xəyanət etmək, başqalarının haqqına sahiblənmək, yalan danışmaq, böhtan atmaq… Yazmaqla bitməz…“.

“Hər dəfə otağına kimsə gələndə “matros” Faiqin çay süzmək bəhanəsi ilə düyməsini basdığı diktafonu deyirəm, xatırladın?”

“Mikrofon tərəfi Əbülfəz Elçibəyin otağında, dinləmə tərəfi isə sənin otağında olan cihazın sonu necə oldu?” sualını da verən BAXCP sədrinmin müavini əlavə edib: “Bəs Xalq Cəbhəsinin qərargahındakı otağında, çay dəstgahı üçün nəzərdə tutulmuş kiçik masanın üzərindəki səsyazma cihazı indi hardadı? Hər dəfə otağına kimsə gələndə “matros” Faiqin çay süzmək bəhanəsi ilə düyməsini basdığı diktafonu deyirəm, xatırladın? Elə bilirdin bu əməllərindən kimsənin xəbəri yoxdur? Məsələ başqalarının səni necə tanımağında da deyil. Axı sən özün hər kəsdən yaxşı bilirsən kim olduğunu…”

E.Mirzəbəyli Ə.Kərimlinin xəyanətkarlıqlarının hələ cüzi hissəsini yazdığını qeyd edərək, qarşıdakı günlərdə digər çoxsaylı sübut və dəlilləri də ortaya çıxaracağınıı bildirib: “Mən hələ bildiklərimin cüzi bir hissəsini yazdım… Bitib tükənməz iyrənc əməllərinin siyahısı. Əlinə imkan düşən kimi səsinin iyrənc yerinə salıb qışqırmağın da elə suçlu olmağınla, içini saran qorxunu susdurmaq niyyətinlə bağlıdır. Hələlik bu qədər. Davamı olacaq!”.

Beləliklə, AXCP sədri Ə.Kərimli haqqında faktlar bitib-tükənmək bilmir və bu faktlar bir daha sübut edir ki, onun xalq, millət adından mitinqlər keçirib ölkədəki sabitliyi pozmaq cəhdləri növbəti xainliyinin tərkib hissəsidir. Onun hətta ermənilərlə il birliyini, eləcə də digər anti-Azərbaycan şəbəkələri qarşısında “quyruq bulamaları” barədə kifayət qədər sübutlar mövcuddur. Əgər bu sübutlar yavaş-yavaş üzə çıxmağa başlayacaqsa, AXCP sədri bu dəfə “quyruğunu qapı arasından çıxarmağa” müyəssər ola bilməyəcək. Zatən, quyruğu “qapı arasına” düşüb də...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə