Abel Məhərrəmov Etibar Əliyevi və "Reytinq" qəzetini məhkəməyə verir
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov təhsil məsələləri eksperti Etibar Əliyevi məhkəməyə verir. Səbəb E.Əliyevin davamlı olaraq rektor haqqında qərəzli, qeyri-obyektiv, böhtan və həqiqəti əks etdirməyən yazılar yazmasıdır.
BDU-nun mətbujat xidmətindən SİA-ya verilən məlumata görə, E.Əliyevin "Reytinq" qəzetinin 9 yanvar 2011-ci il tarixli sayında dərc etdirdiyi yazı da bu qəbildəndir. Materialda rektor haqqında həqiqəti əks etdirməyən fikirlər özünə yer alıb. Belə ki, 1991-ci ildə bir qrup BDU aliminin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Azərbaycanda prezident seçkilərində iştirakdan imtina barədə bəyanatlarından yazılıb və həmin bəyanata imza atanlardan birinin guya Abel Məhərrəmov olduğu göstərilib. Halbuki həmin bəyanat "Bakı Universiteti" qəzetinin 14 sentyabr 1991-ci il tarixli sayında dərc edilib və orada Məhərrəmov soyadı ümumiyyətlə yoxdur.
Məlumat üçün bildirək ki, "Alternativ" qəzetinin 06-12 iyun 2007-ci il tarixli sayında da eyni məzmunlu yazı dərc edilmiş və Abel Məhərrəmov böhtan yazısına görə həmin qəzeti məhkəməyə vermiş, saxtakarlıqlarını sübuta yetirmişdir. Sonradan həmin qəzet 11-17 iyul 2007-ci il tarixli sayında təkzib vermiş və bildirmişdir ki, "BDU rektoru haqqında qeyri-dəqiq, yoxlanılmamış məlumat yayımlamışıq. Çünki araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, 1991-ci il 10 sentyabr tarixdə Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevə qarşı bəyanata BDU-nun rektoru, akademik Abel Məhərrəmov imza atmamışdır".
Təkzibi verdikdən 3 il sonra yenidən bu yazını təkrar vermək təəccüb doğurur. 2010-cu ildə keçirilən sorğuya görə "Jurnalistləri dostu" elan edilmiş möhtərəm Prezidentimiz İlham Əliyevin tövsiyələrinə uyğun olaraq dözümlülük nümayiş etdirib biz hər hansı qəzetin və qərəzli silsilə məqalələrin müəllifi olan Etibar Əliyevin məhkəməyə verilməsini istəmirdik. Lakin davamlı olaraq qeyri-obyektiv və böhtan xarakterli yazıların yazılması ikrah hissi doğurur və buna görə də məsələnin hüquqi müstəvidə araşdırılmasının tərəfdarıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB