Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə işgüzar səfəri çərçivəsində bu ölkənin vəliəhdi Şeyx Nəvvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərə dair müzakirə aparılıb.
Vəliəhd ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycanda enerji sahəsində son inkişaf prosesi, xüsusilə də təbii qaz hasilatı və ixracı sahəsində aparılan işlərlə maraqlanıb. E. Məmmədyarov Azərbaycanın enerji sahəsində apardığı işlər, müxtəlif ölkələrlə bu sahədə əməkdaşlıq və həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində verdiyi töhfə barədə onu məlumatlandırıb.
Sonra tərəflər ikitərəfli, regional münasibətlər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB