"Paşinyan “Qarabağ klanından” yaman qorxur” ÖZƏL-RƏY

"Paşinyan “Qarabağ klanından” yaman qorxur” ÖZƏL-RƏY

“Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarından o qədər qorxur ki, kiminləsə bu haqda danışdıqdan sonra dərhal bilgisayarı alır əlinə və bunu yazır, həm də yayınlanır: “Qarabağla bağlı danışmadım”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, yanvarın 23-də ona ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona zəng edib: “Bolton Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik edib. Paşinyan şübhə yaranmasın deyə telefon söhbətindən dərhal sonra facebook səhifəsini açaraq “Qarabağ mövzusu müzakirə olunmadı” yazıb. Elə Davosda da Azərbaycan Prezidenti ilə görüşdən sonra yenə bilgisayara qaçaraq “Qarabağla bağlı detallı danışıqlar olmadı” görüntüsünü yaydı. Paşinyan “Qarabağ klanından” yaman qorxur”.

E.Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına da münasibət bildirib: “Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Türkiyə Dağlıq Qarabağın işğalının qarşısını bütün səylərə baxmayaraq ala bilmədi” açıqlaması acı həqiqətdir. Ərdoğannın sonrakı iki cümləsi də maraqlıdır: “Türkiyə həmin dövrdə güclü dövlət deyildi. Türkiyə öz sərhədlərində baş verən hadisələrdən dərs alıb və başa düşüb ki, çox güclü olmaq lazımdır”.

Əminəm ki, Azərbaycan torpaqları işğal olunarkən Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olsaydı Ankara işğala seyrçi qalmayacaqdı və bəlkə də Bakının istəyi üzərinə Türkiyə ordusu Azərbaycana əməli dəstək verəcəkdi. Ərdoğan acından ölən Ermənistana buğda da göndərməzdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə