Rusiya və Türkiyə nümayəndə heyətləri Moskvada Suriya mövzusu ətrafında geniş məsləhətləşmələr aparıb. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş 24 yanvarda baş tutub. Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Verşinin, Türkiyə heyətinə isə xarici işlər nazirinin müavini Sedat Önal başçılıq edib. Bu barədə agentliyin saytında yerləşdirilən məlumatda deyilir.
"Tərəflər Suriyadakı vəziyyəti sabitləşdirmək, bu ölkədəki terrorçu təhlükəsini aradan qaldırmaq və suriyalı qaçqınların evlərinə təhlükəsiz şəkildə geri dönməsi üçün şərait yaratmaq üçün əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar" məlumatda deyilir.
Danışıqlarda Konstitusiya Komitəsinin işinin başlanması da daxil olmaqla, siyasi prosesin təşviqinə xüsusi diqqət yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB