Dünən gecə saatlarından başalayan şiddətli qar yağışı Daşkəsən rayonunda həyatı iflic edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, əsas avtomobil yolu olan Gəncə-Daşkəsən-Xoşbulaq magistralı bir neçə saat bağlı qalıb.
Avtomobil yollarına primitiv üsulla, əllə torpaq səpilib. Xüsusən Bayan kəndindən rayon mərkəzi istiqamətinə hərəkət emək mümkün olmayıb. Təxminən saat 15.00-dan sonra avtomobil yolu qismən işlək vəziyyətə düşüb.
Rayon Fövqəladə Hallar Komissiyasından SİA-ya verilən məlumata görə, yolların qardan təmizlənməsi üçün 100-ə yaxın canlı qüvvə və 10-dan artıq texnika cəlb edilib.
Son məlumatlara görə Daşkəsənə qar yağışı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB