Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu: "Milli Şura" nın mitinqlərinə qatılmaq fikrim yoxdur"

Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu: "Milli Şura" nın mitinqlərinə qatılmaq fikrim yoxdur"

"Mənim siyasi maraqlar naminə keçirilən mitinqlərdə qətiyyən iştirak etmək fikrim yoxdur". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, eləcə də, Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə bu və ya başqa şəkildə xələl gətirə biləcək mitinqlərə qatılmaq fikrimdə yoxdur: "Ona görə də, "Milli Şura"nın mitinqlərində iştirak etmirəm. Əgər "Milli Şura" rəhbərliyindən mitinqdə iştirakla bağı dəvət gəlsəydi belə, biz iştirak etməyəcəkdir. Yanvarın 19-da keçirilən mitinqi düzgün hesab etmirəm. Həmin gün rus qoşunlarının Bakıya yeridildiyi gündür. 19 yanvar mitinqini təşkil edənlər hər şeydən danışsalar da bu barədə bir kəlmədə olsun fikir bildirmədilər".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə