Almaniya 55 Gürcüsan vətəndaşını deportasiya edib PROBLEM

Almaniya 55 Gürcüsan vətəndaşını deportasiya edib PROBLEM

55 nəfər gürcü ötən gün axşam saatlarında Almaniyanın Düsseldorf şəhərindən havaya qalxan xüsusi reys təyyarəsi ilə Tbilisi hava limanına enib. Belə ki, onların deportasiyasına səbəb yaşadıqları ölkədə qoyulmuş rejimlə ayaqlaşa bilməmələridir. SİA xəbər verir ki, bu barədə “Rustavi 2” məlumat verib. Məlumata görə, deportasiya edilən şəxslər Almaniyada 6 aydan, bir neçə ilə qədər yaşayanlardırlar. Onların çoxu Almaniya hakimiyyətinə sığınacaq almaq üçün müraciət ediblər.

“Qruziya online” isə xəbər verir ki, bir həftə əvvəl isə Almaniyadan 62 nəfər Gürcüstan vətəndaşı çıxarılıb. Buna qədər isə onlara sığınacağın veriləcəyi ilə bağlı rədd cavabı təqdim olunmuşdu.

“2017-ci ilib 28 mart tarixindən Gürcüstan vətəndaşları Avropa İttifaqı ölkələrinə səfərlərində vizasız rejimdən istifadə edirlər”, deyə xatırladan gürcü saytı söhbətin Şenqen ərazilərinə qısamüddətli (90 gündən 180 günədək) səfərlərdən - turist, iş görüşləri və qonaq vizalarından getdiyini yazıb. Həmçinin bildirilir ki, Aİ ölkələrində iş və təhsil üçün vizanın alınması vacibdir.

Qeyd olunur ki, Aİ ölkələri sığınacaq axtaran və getdikcə artan Gürcüstandan vətəndaşları barədə dəfələrlə narazılıqlarını ifadə ediblər. “Öz narahatlıqlarını Almaniya, Fransa, İsveç və İslandiya kimi ölkələr bildiriblər”, informasiyada vurğulanır.

Artıq Gürcüstan hakimiyyəti də Aİ ilə münasibətdə vizasız rejim pozucuları barədə qanunlarını sərtləşdirib. Həmçinin, soyadların dəyişdirilməsi proseduru da çətinləşdirilib.
“Ötən həftə alman Bundestaqı hökumətin Gürcüstanı və üç Şimali Afrika ölkəsini təhlükəsiz ölkələr kimi qəbul edilməsi planını təsdiqləyib. Bu qanun layihəsi Gürcüstan, Tunis, Mərakeş və Əlcəzair vətəndaşlarına sığınacağın verilməsi prosedurunu asanlaşdıracaq”, deyə məlumatda bildirilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə