YAP Binəqədi rayon təşkilatında «Yaşıl İqtisadiyyat» adlı layihənin bağlanış seminarı keçirilib
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon gənclər və idman idarəsinin və YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilati dəstəyi ilə «Yaşıl İqtisadiyyat» adlı layihənin bağlanış seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin fəalı Eldar Qurbanov çıxışında Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb.
Daha sonra çıxış edən YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Fəsli Nəbiyev layihə rəhbərini təbrik edib və bu kimi layihələrin gənclər üçün önəmliyini vurğulayıb.
Çıxışlardan sonra isə təlimçi Mahmud Mahmudovun təqdimatında müvafiq mövzuda bağlanış seminarı keçirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB