ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis martın əvvəlində Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, bu onun ATƏT-in sədri qismində ilk səfəri olacaq. Səfər zamanı ATƏT çərçivəsində, o cümlədən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək. Danışıqlar zamanı əsas diqqət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin, Litvanın ATƏT-də hazırkı həmsədr ölkə kimi münaqişənin həlli istiqamətində cəhdlərinin müzakirəsinə yönələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə