İrəvan kimindir? - VİDEO - FOTOLAR

İrəvan kimindir? - VİDEO - FOTOLAR

Rusiyalı tədqiqatçı Oleq Petrenko tarixi xəritə və məlumatlara əsaslanaraq, Azərbaycan və Ermənistanın tarixi barədə danışıb. SİA yotube səhifəsində yayılan video-çarxa istinad edərək xəbər verir ki, tədqiqatçı Qarabağın hansı dövlətə məxsus olmasına dair faktlarla çıxış edib.

Petrenko özünün Yotube kanalında Ermənistandan ona “Böyük Ermənistan”la bağlı tarixi faktları araşdırmağın təklif olunduğunu qeyd edib: “Mənə İrəvandan Bakının bir vaxtlar Ermənistana məxsus olmasını araşdırmaqla bağlı təklif gəldi. Qədim xəritələri araşdırarkən Ermənistanın özünün müxtəlif dövlətlərin tərkibində olmasına dair məlumatlara rast gəldim”.

Yotube kanalında paylaşdığı videoda Petrenko müxtəlif qədim xəritələri göstərir, Ermənistan və Azərbaycanın sərhədlərinə diqqət çəkir: "Heç bir xəritədə Bakı və Qarabağın Ermənistan ərazisində olmasına hətta işarə belə vurulmur. Əksinə, 1723-cü ilə aid xəritədə İrəvan tamamilə Azərbaycan ərazisi kimi göstərilib. Vikipediyada Azərbaycanın gənc dövlət olduğu və Gürcüstanla Ermənistan kimi güclü tarixə malik olmadığından bəhs edilir. Mən isə Bakı, Qarabağ və hətta Naxçıvanın belə adının olduğu 1900-cu ilə aid xəritə tapmağa müvəffəq oldum. 1900-cu illərdə İrəvan Azərbaycanın ərazisində göstərilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə