Samux rayonunda gəmiricilərə qarşı tədbirlər gücləndirilib. Samux rayon İcra Hakimiyyətindən SİA-nın qərb bürosuna verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon Bitki Mühafizə İdarəsinə 300 kq-a yaxın dərman verilib. Bu dərmanlar təxminən 6 min ha əkin sahəsini gəmiricilərdən qoryuacaq.
Hazırda 2500 ha əraziyə dərman səpilib. Bildirək ki, Samuxda əkin sahələri gəmiricilərin hücumuna məruz qalıb. Xüsusən Qarabağlar kəndində vəziyyət daha acınacaqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB