"Dövlət qulluğuna gənclərin qəbulu prosesin şəffaflığına olan inamı artırır"

"Dövlət qulluğuna gənclərin qəbulu prosesin şəffaflığına olan inamı artırır"

"Dövlət qulluğuna gənclərin qəbulu vətəndaşların dövlət qulluğuna qəbul prosesinin şəffaflığına olan inamını artırır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, dövlət qulluğu ilə bağlı əsas məsələlər qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, 2016-cı il 31 may tarixində "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliklər kifayət qədər mütərəqqi idi: "Amma indi qarşıya qoyulan yeni məsələlər mövcuddur. Mövcud bir sıra problemlərin qanunvericilik yolu ilə həlli ilə bağlı tövsiyələr verilib. Hazırda komitəmizdə bu iş həyata keçirilir. Bu işi Dövlət Imtahan Mərkəzinin hüquqşünasları ilə birlikdə icra edəcəyik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə