Müdafiə Nazirliyi hərbçilərin yanacaqdoldurma məntəqəsinə silahlı basqın etmələri ilə bağlı açıqlama yayıb
Azərbaycan Müdafiə Nazirliyi hərbçilərin Ağstafa rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, yanvarın 10-da gecə saat 03.00 radələrində Ağstafa rayonunun Qırlı kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsinə N saylı hərbi hissənin kiçik çavuşu Əsgərov Sahib Əsgər oğlu, əsgərlər Mehdiyev Sənan Rza oğlu və Ağayev Ulduz Əbilağa oğlu tərəfindən silahlı hücum edilib. Baş vermiş hadisə ilə əlaqədar Müdafiə Nazirliyi dərhal araşdırmaya başlayıb və təqsirkarlar müəyyən edilərək həbs olunublar.
Qeyd edək ki, hadisə yanvarın 10-da gecə saatlarında Ağstafa rayonunun Qırılı kəndi ərazisində, Mikayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Hərbçilər məntəqəyə gələrək orada operator işləyən, 33 yaşlı Məmməd Məmmədova avtomat silahdan atəş açıblar. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Quldurlar operatorun öldüyünü görüb hadisə yerindən qaçıblar.
Həyata keçirilən araşdırmalar nəticəsində hadisəni törədənlər saxlanılıblar.
Onlar ilkin dindirmə zamanı hadisəni tamah məqsədilə törətdiklərini etiraf edərək yanacaqdoldurma məntəqəsinə pul ələ keçirmək üçün basqın etdiklərini, ancaq operatorun sayıqlığı nəticəsində istəklərin nail olmadıqlarını bildiriblər.
Basqında iştirak edən əsgər Sənan Mehdiyev də hadisə zamanı güllə yarası alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB