"Rusiya ABŞ-ın işlərinə müdaxilə etməyə çalışmır"

"Rusiya ABŞ-ın işlərinə müdaxilə etməyə çalışmır"

Moskva Amerika Birləşmiş Ştatların daxili işlərinə müdaxilə etməyə çalışmır və Vaşinqtonla münasibətlərinin normallaşmasını müdafiə edir. SİA-nın xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov müsahibəsində deyib.

Ryabkov ABŞ-da keçirilən seçkilərdə Rusiya Federasiyasının müdaxiləsi iddialarını rədd edib: "Öz kölgənizdən qorxmayın, biz belə bir təhlükə törətmir, ABŞ-ın daxili işlərinə müdaxilə etmək niyyətində deyilik. Rusiya ABŞ-la hazırki münasibətlərindən yararlanmır".

ABŞ mediasında Trumpla Rusiya arasında əlaqələrin olması barədə yazılanlara münasibətini bildirən Ryabkov deyib: "Bu tamamilə, tamamiləreallığa yaxın və düşünülə biləcək məsələ deyil".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə