Həyasızlığın min sifəti - ŞƏRH

Həyasızlığın min sifəti - ŞƏRH

Və ya "Milli Şura"nın alışdığı fiasko, yoxsa...

10-dan artıq siyasi qurumun təşkilatçılığı ilə yanvarın 19-da keçirilən mitinq bundan öncəkilər kimi uğursuz və sönük alındı. Mitinqlə bağlı sosial şəbəkələr vasitəsilə təbliğat aparan dağıdıcı düşərgə təmsilçilərinin piketə oxşayan mitinqinə azsaylı tərəfdarlarının qatılması partiya sədrlərini biabırçı duruma saldı. Hər dəfə olduğu kimi, bu dəfə də mitinq xaotikliyi, təşkilatçıların zəifliyi və sistemsizliyi ilə yadda qaldı. Bu biabırçı uğursuzluğuna baxmayaraq, sosial şəbəkələrdə həyasızcasına yanvarın 26-da planlaşdırdıqları mitinq çağırışı etməkləri, doğurdan da həyasızlıq və mənəviyyatsızlıqdır. Bu yerdə atalar düz deyib: utanmasan, oynamağa nə var ki... Bir də qozbeli qəbir düzəldər. Ancaq bu dağıdıcı müxalifət o qədər üzləri sürtülüb ki, onların düzəlməsi müşkül məsələdir. Elə buna görə də, "Milli Şura"nın təyin etdiyi icazəli mitinqə vətəndaş axını olmadı. 1500-2000 nəfərlik bir artım vardı. 19 yanvarda rezonans doğurmaq üçün bloger Mehman Hüseynov məsələsini irəli sürməklə, nəyəsə nail olmaq istədilər, ancaq sonda pat vəziyyətində qaldılar.

Dövlət başçısının M.Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı verdiyi tapşırıq satqın müxalifət "liderləri"nin əlindən çıxdı.

Yenə "şəriksiz liderlik" iddiaları...

Uğursuzluqla nəticələnən 19 yanvar mitinqindən öncəki çağırışlarda on minlərlə insanın qatılacağı vəd edilsə də, meydana cəmi 2800 nəfər gəldi. Dəyişməyən digər bir şey yenə mitinqdə çıxış edənlərin ənənəvi vədləri və mənasız fikirləri idi. Çıxış edən təxminən 10 nəfər yenə əsassız ittihamlar irəli sürüb, heç bir real təklif səsləndirmədi.

Tribunanı ölkənin heç bir ziyalısı ilə paylaşmayan AXCP sədri Əli Kərimli mitinqdəki çıxışında özünü "uğurlu mitinqin" tək təşkilatçısı kimi qələmə verib, müxalifətin tək şəriksiz lideri sayaraq, kütləyə inanılmaz "vədlər" verib. Digər partiayların rəhbərlərinin aksiyaya qatılmamasından istifadə edərək, mitinqi təkbaşına təşkil etdiyini deməsi ilə, elə əsl məqsədini də ortaya qoydu. Meydana yığışan az sayda adam da bu mənasız tapdalogiyadan bezərək, oranı tərk edib.

Nəticə isə dəyişmədi. Uzun müddətdir ciddi hazırlıqların getdiyi 10-dan artıq siyasi qurumun iştirakı ilə keçirilən aksiya yenə uğursuz oldu. Belə olan halda, uzunmüddətli çağırışlar və təbliğat müqabilində, "Məhsul" stadionunu belə doldura bilməyən radikal düşərgənin yenidən alışdığı növbəti fiaskonu yaşamağı reallıqdır. Belə olan halda, heç bir sosial bazası olmayan dağıdıcı müxalifət bezdirici boş vədələri ilə tək-tük tərəfdarlarını da itirəcəyi dağılan tifaqın tam süqutu olacaq.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə