“Etik jurnalistika prinsiplərinin inkişafı” mövzusunda seminar başa çatıb- FOTO
Lənkəranda cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün "Etik jurnalistika prinsiplərinin inkişafı" mövzusunda keçirilən üçgünlük seminar başa çatıb. SİA-nın cənub bürosunun məlumatına görə, tədbir Beynəlxalq Jurnalistlər Federasiyasının "Söz azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası" ilə birgə keçirdiyi və Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin maliyyələşdirdiyi "Etik jurnalistika təşəbbüsü-Azərbaycan" layihəsi çərçivəsində həyata keçirilib.
Tədbirdə çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli seminarın əhəmiyyətindən söhbət açaraq jurnalistlərin, xüsusilə bölgələrdə çalışan KİV nümayəndələrinin beynəlxalq etik jurnalistika prinsipləri barədə biliklərə yiyələnmələrinin vacib olduğunu vurğulayıb.
Beynəlxalq Jurnalistlər Federasiyasının ekspertləri Arjumand Vajid və Maykl Tukson, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə, "Hüquqi Yardım" İctimai Birliyinin sədri İlqar Qasımov və başqaları jurnalistikanın etik prinsipləri və digər məsələlər barədə məlumat verərək tədbir iştirakçılarını bu sahədə mövcud olan beynəlxalq təcrübə ilə tanış ediblər.
Sonda jurnalistlərə sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB