“Müxalifət üçün ya Mehman Hüseynovun ya da hansısa digər onların siyasi məhbus adlandırdığı adamların həyatı maraqlı deyil, eyni zamanda, müxalifət üçün Azərbaycanın taleyi də maraqlı deyil”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, müxalifət üçün bir maraqlı olan hansı formadasa fon yaratmaq və xaricdəki maliyyə mərkəzlərindən pul və yaxud sabah ona 10 il təzədən həbs cəzası verilsin, bu onlar üçün maraqlı deyil: “Müxalifət düşərgəsini təmsil edən şəxslərin bir marağı var o da xarici “ağalarına” xidmət etmək və qarşılığında boş qalan ciblərini doldurmaqdır. Dağıdıcı müxalifət düşərgəsini təmsil edən şəxslər xaricdə olan havadarlarının qarşısında özlərini reklam etməkdən üçün Azərbaycan haqqında reallığı özündə əks etdirməyən fikirlər səsləndirmələri ilk növbədə mənəviyyatsızlığın nümunəsidir. Bir mənalı şəkildə demək olar ki, müxalifət təmsilçiləri hər bir işi pul qarşılığında görür. O cümlədən də, müxalifətin aksiyalar keçirməsinin arxasında maddi maraq durur. AXCP sədri Əli Kərimli xarici maraqlı dairələrin sifarişini yerinə yetirmək üçün dəridən qabıqdan çıxır. Demək olar ki, AXCP sədri xarici qüvvələrin əlində bir oyuncağa çevrilib. Amma Ə.Kərimli bir çürük qoza bənzəyir. O və onun kimi xarici təşkilatların tör-töküntüləri heç zaman çirkin niyyətlərini reallaşdıra bilməyəcəklər. Azərbaycan güclüdür, xalq-hakimiyyət birliyi möhkəm əsaslara söykənir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB