“Müxalifət çox pis durumdadır” RƏY-ÖZƏL

“Müxalifət çox pis durumdadır” RƏY-ÖZƏL

“Müxalifətin 19 yanvar mitinqi həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa düçar oldu və istədikləri nəticəni vermədi”. Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, xaricdən verilən sifariş əsasında ətrafında vay-şivən qopardıqları məhbus Mehman Hüseynovun cinayət işinə ölkə Prezidenti tərəfindən humanistcəsinə xitam verilməsi isə müxalifəti çox pis duruma saldı: “Bu cür uğursuz nəticəyə baxmayaraq, müxalifətin yenə də mitinq keçirmək istəyi, hər şeydən əvvəl, ölkədə hay-küy salmağa, sabitliyi pozmağa, qanun pozuntusuna görə saxlanılan mitinq iştirakçılarını bəhanə edərək, xaricdəki ağalarının vasitəsi ilə ölkəmizə qarşı əsassız ittihamlar uydurulmasına şərait yaratmaq məqsədi güdür. Ona görə də müxalifətin bu cür lüzumsuz, sabitliyi pozmağa xidmət edən mitinqlərinin keçirilməsinə icazə verərkən bunları nəzərə almaq lazımdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə