“Dünya İqtisadi Forumu 1970-ci illərdən kiçik bir qrup kimi fəaliyyətə başlasa da, hazırda 2500-3000 iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib. Bunların 1000 nəfərindən çoxu böyük şirkətlərin direktorları, 40-dan çoxu dövlət başçılarıdır. Görüş iqtisadi forum olsa da, burada siyasi məsələlərin də müzakirəsi baş verir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, forumun tarixində dərhal həll olunan problemlərdən biri, 1980-ci illərdə Türkiyənin Yunanıstana müharibə etməsinin qarşısının alınması olub: “O zaman keçmiş Türkiyə baş naziri Turqut Özal yunan həmkarı Andreas Papandreou ilə görüşmüş və qərara gəlmişdi ki, ona etibar edə bilər: “Bu baxımdan forum çərçivəsində prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü əhəmiyyətə malikdir. Görüş Düşənbə və Sankt-Peterburqdakı kimi qeyri-rəsmi formatda olsa da, hər halda tərəflər arasında etimadın tam tükənməməsi üçün müəyyən dərəcədə əhəmiyyətli hesab oluna bilər”.
Azərbaycanın mütəmadi iştirak etdiyi budəfəki Davos iqtisadi forumunun da əvvəlkilər kimi əhəmiyyətli olduğunu dilə gətirən politoloq söyləyib ki, tədbirdə hökumət liderləri, biznes, təhsil və qeyri-hökumət sektoru olmaqla 3000 qonaq iştirak edib və Azərbaycanın həmin tədbirdə iştirakı dünya iqtisadiyyatına inteqrasiya, beynəlxalq iqtisadi əməkdaşlıq, meqa layihələrdə iştirak baxımından önəmlidir: “Azərbaycan müasir dövrün meqa layihəsi olan "Bir qurşaq bir yol" layihəsinin fəal iştirakçısı olan ölkələrdən biridir. Cənab prezident haqlı olaraq qeyd edib ki, müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. Davos sammitində ölkəmizin iştirakı həm də bu baxımdan böyük əhəmiyyətə malikdir”.
Prezident İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə Azərbaycanla təşkilat arasında əlaqələrin müzakirə etdiyini deyən N.Məmmədova qeyd edib ki görüşdə Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu, bu layihələrin əlaqələrin inkişafına yeni imkanlar açdığı vurğulanıb: “Prezident İlham Əliyev Davosdakı çıxışlarında Dünya Bankının ən son “Doing Business” hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmağımızı qeyd edib. Cənab prezidentin də qeyd etdiyi kimi biz Dünya Bankının bu proqramında on ən çox islahatçı ölkələr arasındayıq”.
Politoloq vurğulayıb ki, “Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitekturanın formalaşması" mövzusundakı tədbir adından da göründüyü kimi mühüm əhəmiyyət daşıyırdı: “Qloballaşma dünyanı həm birləşdirir, həm ayırır. Hər bir siyasi-iqtisadi fenomen kimi təzadlı və ziddiyyətli olan bu proses bu gün dünyaya rifah baxımından nə verir və nələri alır?! Davosda bu mühüm suala cavab axtarılırdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB